Vilnüs sammiti başladı - YENİLƏNİB
29 noyabr 2013 11:04 (UTC +04:00)

Vilnüs sammiti başladı - YENİLƏNİB

Bu gün Vilnüsdə Şərq Tərəfdaşlığının III sammiti açılışı olub.

 

APA-nın verdiyi xəbərə görə, “Şərq Tərəfdaşlığı” proqramına üzv olan ölkələrin  rəhbərlərinin görüşü qeyri rəsmi şam yeməyi ilə başlayıb. Görüşdə proqramın altı iştirakçı-ölkələrinin başçıları və hökumət rəhbərlərindən başqa Avropa Şurası və Avropa Komissiyasının rəhbərləri Herman van Rompey və Joze Manuel Barrosu iştirak edirlər.

 

Azərbaycanı sammitdə prezident İlham Əliyev təmsil edir.

 

“Şərq Tərəfdaşlığı” proqramının reallaşdırılmasının qiymətləndirilməsi keçiriləcək  sammitin əsas plenar iclası sabah, noyabrın 29-da baş tutacaq. İclas zamanı bir sıra sənədlərin imzalanması, həmçinin AB və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsinə dair sazişin imzalanması nəzərdə tutulub.  

 

“Şərq Tərəfdaşlığı”  sammitinin yekunlarına dair birgə bəyanat qəbul ediləcək.  

 

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı”  proqramı çərçivəsindəki ilk sammit 2009-cu ilin mayın 7-də Praqada, ikinci sammit isə 2011-ci ilin sentyabrın 30-da Varşavada keçirilib.  

 

Növbəti, “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində dördüncü sammit 2015-ci ilin birinci yarısında Riqada keçiriləcək.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1143
avatar

Oxşar yazılar