Vilnüs sammitində hansı sənədlər imzalanacaq? - YENİLƏNİB
26 noyabr 2013 18:27 (UTC +04:00)

Vilnüs sammitində hansı sənədlər imzalanacaq? - YENİLƏNİB

Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanması, Gürcüstan və Moldova ilə assosiasiya və azad ticarət sazişinin paraflanması gözlənilir


 

Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının noyabrın 28-29-da Vilnüsdə keçiriləcək III zirvə toplantısında hansı sənədlərin imzalanacağı bəlli olub. APA-nın AB mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanması planlaşdırılıb. 

 

Əsas müzakirə mövzusu proqram iştirakçısı ölkələrlə assosiasiya və dərinləşdirilmiş hərtərəfli azad ticarət zonasının (DCFTA) yaradılması barədə sazişin imzalanmasında əldə edilən tərəqqi olacaq. Gürcüstan və Moldova ilə assosiasiya və DCFTA sazişinin paraflanması gözlənilir. Ukrayna ilə eyni sazişin imzalanması məsələsi isə hələ masadadır.  

 

Bundan başqa, Gürcüstanın AB-nin böhranların idarə edilməsi üzrə missiyalarında iştirakı haqda çərçivə sazişinin imzalanması və Ukrayna ilə aviasiya üzrə sazişin paraflanması da nəzərdə tutulub.

 

Zirvə toplantısının yekunları əsasında birgə Bəyannamə qəbul olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1117
avatar

Oxşar yazılar