Martın 13-də Vaşinqtonda Azərbaycan icmasının fəalları erməni təşkilatları və ermənipərəst konqresmenlərin Konqres binalarından birində «Dağlıq Qarabağın azadlığı uğrunda mübarizənin başlanmasının 25 illiyi» tədbirinə qarşı etiraz mitinqi keçirəcəklər. Mitinqə Nyu-Yorkdakı azərbaycanlıların, o cümlədən Azərbaycan-Amerika cəmiyyətinin prezidenti Tomris Azərinin qatılması gözlənilir.
APA-nın Vaşinqton müxbirinin məlumatına əsasən, ermənilərin tədbirində Ermənistanın ABŞ-dakı səfirliyinin, Dağlıq Qarabağdakı erməni icmasının təmsilçiləri isə müraciətlə çıxış edəcək.