Ukrayna azərbaycanlıları ATƏT sədrinə müraciət etdilər
01 aprel 2013 14:48 (UTC +04:00)

Ukrayna azərbaycanlıları ATƏT sədrinə müraciət etdilər

0

Ukrayna Azərbaycanlıları Konqresi (UAK), Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna nümayəndəliyi və Ukrayna Azərbaycanlı Gənclər Birliyi UAGB-SAMU) ATƏT-in hazırkı sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaraya müraciət ünvanlayıblar. UAK-dan Lent.az-a verilən məlumata görə, müraciətdə ermənilərin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım və işğalçılıq siyasətinə ATƏT-in indiyədək qiymət verməməsi bildirilir.

Kiyevdə 31 mart azərbaycanlıların soyqırım gününə həsr olunmuş anım mərasimində çıxış edən Konqresin sədri Rövşən Tağıyev ermənilərin son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirtdikləri mərhələli işğalçılıq siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov bu gündə erməni vəhşiliyinə göz yuman beynəlxalq hüquq və məhkəmə institutlarını haqqa və ədalətə səsləyib. Məmmədov qeyd edib ki, dünya birliyi vaxtında ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirtdikləri siyasətə qiymət verməlidir.

 

Tədbirdə SAMU sədri Anar Tahirov bildirib ki, ermənilər xalqımıza qarşı törətdikləri soyqırım siyasətinə görə, dünya azərbaycanlıları qarşısında cavab verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1129

Oxşar yazılar