Türkiyəli qonaqlar Xocalı abidəsini ziyarət etdilər
11 fevral 2013 13:02 (UTC +04:00)

Türkiyəli qonaqlar Xocalı abidəsini ziyarət etdilər

Türkiyənin millət vəkilləri, alim və sənətçiləri Xocalı Soyqırımı və "güllələnmiş heykəllər" abidələrini ziyarət ediblər. Lent.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə "Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış" konfransında və Türk Dünyasının böyük şairi-aydını A.Karakoçun xatirəsi ilə bağlı tədbirlər silsiləsində iştirak etmək üçün ölkəmizdə səfərdə olan TBMM-nin üzvləri, millət vəkilləri Feramüz Üstün, Selcuq Özdağ, Muzaffer Arslan, A.Karakoçun ailə üzvləri, Türkiyənin alimləri, görkəmli yazarları, sənətçiləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

 

Millət vəkili abidə və heykəllər qarşısına gül qoyan Türkiyəli qonaqlara 21 il bundan əvvəl bütün dünyanın gözü qarşısında Ermənistan tərəfindən Xocalıda törədilmiş  soyqırım və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar barədə geniş bilgi verib.

 

Sonra Türkiyəli qonaqlar Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyinin həyətində yerləşdirilən “güllələnmiş heykəllər” kimi tanınan və Şuşada vandalizmə məruz qalmış heykəlləri ziyarət ediblər.

 

Qənirə Paşayeva Bülbül, Natəvan və Üzeyir bəy Hacıbəylinin heykəllərinin Bakıya gətirilməsi hadisəsi barədə qonaqlara məlumat verib.    

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 776
avatar

Oxşar yazılar