Türkiyə XİN: Azərbaycanın problemi bizim problemimizdir
18 mart 2013 13:22 (UTC +04:00)

Türkiyə XİN: Azərbaycanın problemi bizim problemimizdir

“Türkiyə Azərbaycanla bütün sahələrdə yaxın əlaqələrə malikdir”.


 

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Türkiyə Xarici İşlər Nazirliyinin Araşdırma və Təhlükəsizlik İşlər üzrə baş direktoru Tunc Üğdül verib. Bakıda  keçirilən “Terrorizmin qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsinə dair” beynəlxalq konfransa qatılan türk diplomat qeyd edib ki, Türkiyə üçün qardaş ölkə olan Azərbaycanla əlaqələr regional əməkdaşlıq çərçivəsində həyata keçirilir: “Biz bir millət, iki dövlət prinsipinə əsaslanaraq iş birliyimizi davam etdiririk. Azərbaycanın problemi, bizim, Türkiyənin problemi isə Azərbaycanın problemdir. Biz bütün bu problemləri birlikdə həll etməyə çalışırıq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 957
avatar

Oxşar yazılar