Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martın 14-də Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun iddiası ilə bağlı qərarını açıqlayıb.
Bu barədə APA-ya Əli İnsanovun vəkili Toğrul Babayev bildirib.
T. Babayev qərarda Ə. İnsanovun İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsi üzrə (işgəncə faktı), 6-cı maddəsinin 1-ci və 3-cü paraqrafları üzrə iddialarının (ədalətli məhkəmə hüququ) təmin edildiyini bildirib: “Əgər Azərbaycan tərəfi Avropa Məhkəməsinin Böyük Palatasına bu qərardan şikayət verməsə, o zaman qərar icraya yönəldilməlidir. İcra ilə bağlı məsələ isə Ali Məhkəmənin qərarından asılı olacaq”.
Qərarda eyni zamanda Azərbaycan hökumətinin Ə. İnsanova 10 min manat məbləğində kompensasiya ödəməli olduğu qeyd olunub.
Qeyd edək ki, 2005-ci ilin oktyabr ayında həbs olunan Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

Strasburq Məhkəməsi Əli İnsanovla bağlı qərarını açıqladı - YENİLƏNİB
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53