Siyavuş Novruzov: “Yarımçıq binaları dövlət almalı...”
15 mart 2013 15:52 (UTC +04:00)

Siyavuş Novruzov: “Yarımçıq binaları dövlət almalı...”

“Azərbaycanda artıq ərzağa tələbatın əhəmiyyətli hissəsi daxili istehsal hesabına ödənilir”.

Lent. az-ın verdiyi məlumata görə, bunu YAP icra katibi Əli Əhmədov parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı söyləyib.

 

Əli Əhmədov deyib ki, insanların pul gəlirləri artdıqca tələbatları da sürətlə artır: “İnsanlar artıq yaxşı avtomobillər, evlər istəyir. Bu da rifah halının artması ilə bağlıdır”.

 

YAP icra katibi deyib ki, pul gəlirləri artır: “Ona görə də bir sıra sahələrdə çalışanlarla digər sahələrdə çalışanların əmək haqları arasında fərqlər yaranır Bu da təbəqələşmə, qütbləşmə riskləri yaradır.  Büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqının nisbətən geriyə qalması riskləri yaranır. Xüsusən də  bura müəllimləri, həkimləri, elmi işçiləri, kiçik məmurları, pensiyaçıları aid etmək olar. Hesab edirəm ki, hökumətin qarşısında duran başlıca vəzifələrdən biri bu kateqoriyadan olan insanların əmək haqlarının artırılmasından ibarət olmalıdır... Həm də artım metodikasının da təkmilləşdirilməsinə ehtiyac var. ” 

 

Əli Əhmədov inkişaf edən regionların daha yaxşı idarə olunmasını vacib sayıb: “Regionların dotasiya prinsipindən imtina olunması, öz hesablarına özlərini təmin etməsini təklif edirəm. Bu, müəyyən çətinliklər yaratsa da, səmərəliliyə səbəb olacaq”.

 

YAP icraçı katibinin müavini Siyavuş Novruzov sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələyə də toxunub: “Bununla bağlı qanun var. Kim hansı dinə, imana qulluq etməsindən asılı olmayaraq, Azərbaycan vətəndaşıdır, təhlükəsizliyi vacibdir. Digər tərəfdən, sosial bazan var, get, Ərdəbildə aksiya keçir. Fəvvarələr meydanı, Azadlıq meydanı tələb edirlər. Yaddan çıxarırlar ki, hakimiyyətdə olduqları dönəmdə Azadlıq meydanını dövlət tədbirləri üçün ayrılıb ”.

 

Siyavuş Novruzov kredit götürənlərin çox vaxt borcunu qaytardığını, yaxud avtomobil aldığını söyləyib: “Mən də razıyam ki, kredit faizləri yüksəkdir. Ancaq vətəndaşların özünün davranışı da nəzərə alınmalıdır. ABŞ-da sel vətəndaşın evini aparır, hökumət kənara çəkilir, deyir ki, evini sığorta etdirəydin. Elə rayon var ki, 60 ev sığortalanıb. Evlər sığortalanmalıdır”.  

Millət vəkili yarımçıq binalarla bağlı məsələlərə də toxunub: “O yarımçıq binaları dövlət almalı , tikintisini başa çatdıraraq  mənzilləri pul ödəmiş vətəndaşlara verməlidir. Elə binalar var ki, qanunsuz tikilib. Kim onlara şərait yaradıb? Sahibkarları aldadan şəxslərlə bağlı ciddi ölçü götürülməlidir. Bu məsələni dövlət nəzarətə götürməlidir ”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1420
avatar

Oxşar yazılar