Serbiya prezidenti Heydər Əliyev Fondunda və ADA-da olub
08 fevral 2013 23:39 (UTC +04:00)

Serbiya prezidenti Heydər Əliyev Fondunda və ADA-da olub

Azərbaycanda rəsmi səfərdə olan Serbiya prezidenti Tomislav Nikoliç və xanımı Dragitsa Nikoliç Heydər Əliyev Fondunda olublar.

 

Qonaqları prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.

 

Qonağa Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib, Tomislav Nikoliç və xanımı Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olublar.

 

 Daha sonra Serbiyanın prezidenti Azərbaycan Diplomatik Akademiyasında (ADA) olub. Akademiyanın rektoru Hafiz Paşayev ölkələrimiz arasındakı elmi və təhsil sahəsindəki əlaqələrin perspektivlərindən danışıb. Bildirilib ki, yaxın vaxtlarda hər iki ölkənin diplomatik akademiyaları arasında tələbə və müəllim mübadiləsi aparılacaq. 

 

Serbiyanın prezidenti Tomislav Nikoliç çıxışında dünya şöhrətli yazıçı İvo Andriçə həsr edilən sərginin təşkilinə görə minnətdarlığını bildirib və yazıçının həm də ictimai xadim kimi də böyük nüfuz qazandığını diqqətə çatdırıb. Avropanın 40-dan çox ölkəsində onunla bağlı sərgilər keçirildiyini qeyd edən prezident 2013-cü ildə İvo Andriçə həsr edilmiş ilk sərginin Azərbaycanda təşkil olunduğunu vurğulayıb. 

 

Azərtac

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709
avatar

Oxşar yazılar