Serbiya prezidenti Azərbaycandadır
07 fevral 2013 18:19 (UTC +04:00)

Serbiya prezidenti Azərbaycandadır

Serbiya Respublikasının prezidenti Tomislav Nikoliç fevralın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Serbiya dövlətinin başçısını və xanımı Dragitsa Nikoliçi hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Tomislav Nikoliç və Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 859
avatar

Oxşar yazılar