Səfir Elin Süleymanov məzunu olduğu Toledo Universitetində çıxışı
13 mart 2013 01:12 (UTC +04:00)

Səfir Elin Süleymanov məzunu olduğu Toledo Universitetində çıxışı

2013-cü ilin martın 13-də Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Ohayo ştatının Toledo şəhərinə səfəri çərçivəsində məzunu olduğu Toledo Universitetinin professor-tələbə heyəti qarşısında çıxış edib.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindənLent.az-a  məlumata görə, diplomat çıxışında Azərbaycanın coğrafi mövqeyinin ölkənin xarici siyasət istiqamətləri və xarakterinin formalaşmasına təsiri barədə məlumat verərək, regional sabitliyin əsasında region dövlətləri arasında qarşılıqlı faydalı münasibətlərin dayandığını deyib. Bu xüsusda, Azərbaycanın öz qonşuları Gürcüstan və Türkiyə ilə əlaqələrinin nümunəvi olduğunu qeyd edib.

 

Azərbaycanın şərqdən Xəzər dənizi ilə sərhədlənməsinin siyasi və strateji üstünlüklərindən bəhs edən səfir bu xüsusda, ilk olaraq, zəngin enerji resurslarına çıxış imkanını qeyd edib. E.Süleymanov hazırda gündəmdə olan enerji layihələri, xüsusilə TANAP layihəsi barəsində məlumat verib. Hazırda enerji sahəsində əsas prioritetin təbii qazın nəqli olduğunu bildirən səfir Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolundan danışıb. ABŞ-ın “Cənub Dəhlizi” layihəsinə dəstəyinin ifadə etməsinin müsbət hal olduğunu bildirən E.Süleymanov bu tendensiyanın gələcəkdə də davam etdirilməsinə ümidvar olduğunu qeyd edib.

 

Azərbaycanın terrorçuluğa qarşı mübarizədə fəal iştirakından bəhs edən səfir bu xüsusda Şimal Paylayıcı Şəbəkə daxilində Azərbaycanın rolu barədə geniş məlumat verıb və bu xüsusda Əfqanıstana gedən qeyri-hərbi yüklərin 40 faizdən çoxunun Azərbaycan ərazisindən keçdiyini diqqətə çatdırmışdır.

 

Diplomat regionun hərtərəfli inkişafında əsas maneənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin olduğunu bildirərək, Ermənistanın işğalçılıq siyasətinə son qoyması ilə bu layihələrə cəlbinə heç bir əngəl olmadığını diqqətə çatdırıb. Ermənistan hakimiyyətinin münaqişənin nizamlanmasında tutduğu qeyri-konstruktiv mövqenin həm dövlətin regional inteqrasiya proseslərindən kənar qalması, həm də  erməni xalqının yaşayışının günü-gündən pisləşməsi ilə sonunclandığını təəssüflə qeyd etmişdir. Ermənistanda rəsmi siyasi dairələrin müstəqil siyasət apararaq, erməni xalqının mənafeyini ön plana çəkəcəkləri halda, münaqişənin nizamlanmasının həm dövlət, həm də xalq üçün faydasını dərk etmiş olacağını əlavə edib.

 

Qeyd edək ki, səfirin universitetdə çıxışı barədə şəhərin “Toledo Blade” qəzetində məqalə dərc edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1050
avatar

Oxşar yazılar