Səfir: «Bu, Litva hökumətinin mövqeyinə uyğun deyil» -APA TV
16 mart 2013 17:43 (UTC +04:00)

Səfir: «Bu, Litva hökumətinin mövqeyinə uyğun deyil» -APA TV

 

Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas Seymdə Dağlıq Qarabağla bağlı dostluq qrupunun yaradılmasına dair irəli sürülən təşəbbüsə cavab olaraq, belə deyib.

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, Azərbaycanın Litvadakı səfirliyinə məsələnin araşdırması ilə bağlı təlimat verilib.

 

Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan-Litva Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Fuad Muradov Litva-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Juras Pozelaya və qrup üzvlərinə müraciət göndərib. Millət vəkilinin sözlərinə görə, 3 ay öncə Litva seymində seçkilər keçirilib, Azərbaycanı istəməyən müəyyən siyasi partiyalar səs çoxluğu alıblar və nəticə özünü gözlətməyib.

 

Müraciətdə qeyd olunub ki, bölgədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət etməyən belə bir qrupun fəaliyyətinə xitam verilməsi üçün Litva seymində təcili şəkildə müvafiq addımlar atılacağına ümid bəslənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578
avatar

Oxşar yazılar