Lavrov Türkiyə səfərinə getmədi
24 noyabr 2015 19:01 (UTC +04:00)

Lavrov Türkiyə səfərinə getmədi

 

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Türkiyəyə planlaşdırılmış səfərindən imtina edib.

 

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bunu S. Lavrov özü bəyan edib. O, Türkiyəyə səfərdən imtinasının səbəbi kimi bu ölkədə terror təhlükəsinin yüksək olmasını göstərib: “Türkiyədə terror təhlükəsi Misirdə olduğundan az deyil. Rusiya XİN Rusiya vətəndaşlarına bu ölkəyə getməməyi məsləhət görür”.

 

Qeyd edək ki, noyabrın 25-də İstanbulda Sergey Lavrovun V Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirakı planlaşdırılmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar