Rusiya təmsilçisi: "Azərbaycana göndərdiyimiz döyüş maşınları..."
26 dekabr 2015 12:46 (UTC +04:00)

Rusiya təmsilçisi: "Azərbaycana göndərdiyimiz döyüş maşınları..."

Rusiya daha əvvəl imzalanmış müqavilə çərçivəsində Azərbaycana piyadaların döyüş maşınlarının (BMP-3) çatdırılmasını 2016-cı ildə yekunlaşdıracaq.

 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu “Traktornıye zavodı” konserninin nümayəndəsi deyib. O bildirib ki, Azərbaycana müqavilədə nəzərdə tutulan sayda döyüş maşınlarının göndərilməsi gələn il tamamlanacaq.

 

Müqavilə 2010-cu ildə imzalanıb və 2017-ci ildə tam həyata keçiriləcəyi planlaşdırılır. “BMP-3”dən başqa, Azərbaycana özüyeriyən artilleriya qurğuları və reaktiv atəş sistemləri də satılacaq.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300
avatar

Oxşar yazılar