Rəsul Quliyev Cəmil Həsənlinin ABŞ səfərini tənqid etdi
23 noyabr 2013 11:32 (UTC +04:00)

Rəsul Quliyev Cəmil Həsənlinin ABŞ səfərini tənqid etdi

“Seçkilərdən iki ay keçməsinə baxmayaraq Milli Şura bir dəfə də məğlubiyyətin səbəblərini müzakirə etməyib. Müzakirə etsəydi, bəlkə də şəhərin içərisində, metronun yanında verilmiş maksimum 10 min nəfərin yerləşə biləcəyi meydana niyə 3-5 mindən artıq adamın gəlmədiyinə cavab tapardı və səhv siyasətinin nəticələrinin ləğvi ilə məşğul olardı”.

 

Lent. az-ın məlumatına görə, bu sözləri Milli Şuranın üzvü, sabiq spiker Rəsul Quliyev özünün “facebook”dakı hesabında yazıb.

 

R. Quliyev qeyd edib ki, artıq seçkilər yaddan çıxıb və məğlubiyyət unudulub: “Yeni formalı “mübarizə” başlayıb. Qəzetlərdə müxalifətin bu dəfə ''real'' qələbəyə yolları göstərilir. Məsələn, Cəmil müəllim ABŞ-ın “xüsusi” dəvəti ilə artıq konqresin Azərbaycanla əlaqədar olmayan dinləmələrində (ən azı yaxın 2 ildə belə dinləmələr nəzərdə tutulmayıb) geniş “çıxış” edib. ABŞ prezident seçkisini qəbul etməyib, Cəmil müəllimi xüsusi dəvət ediblər və onu ''prezident təyin edəcəklər '' kimi primitiv ideyalarını bu yazıq millətə yedirtmək istəyirlər”.

 

Sabiq spikerin sözlərinə görə, C. Həsənlinin ABŞ səfərini fövqəladələşdirmək lazım deyil: “Çünki bu reallıqdan nəinki uzaqdır, həqiqət deyil. ABŞ Cəmil müəllimi hansısa gizli materiallarla təmin edəcək, bununla da camaatı aktivləşdirəcək ideyası uşaq ideyasıdır, dövlətçiliyin nə demək olduğunu bilməyənlərin ideyasıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799
avatar

Oxşar yazılar