Rəsul Quliyev: ”Müsavat şou düzəltmək istəyir ”
22 noyabr 2013 19:11 (UTC +04:00)

Rəsul Quliyev: ”Müsavat şou düzəltmək istəyir ”

“Müsavat partiyası keçirmək istəmədiyi qurultayından camaat üçün şou düzəltmək istəyir”.


 

APA-nın məlumatına görə, bunu Milli Şuranın üzvü, Açıq Cəmiyyət Partiyasının (ACP) sabiq lideri Rəsul Quliyev “facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

Onun sözlərinə görə, Müsavat Partiyası qurultay keçirmək istəyirsə, iştirakçılarının sayını azalda bilər: “800-900 nəfər qurultay iştirakçılarının yerləşəcəyi zal axtarırlar. Birincisi, həmin 800-900 nəfərin razılığı ilə sayı 10 dəfə azaltmaqla, hətta öz ofislərində də qurultay keçirə bilərlər. Bolşeviklərin 50 nəfərlik qurultayı dövlət çevrilişi, menşeviklərin 500 nəfərlik qurultayı isə heç nə edə bilmədi. İkincisi, Müsavat Partiyasında ideyalı üzvlərin sayı cəmi 800-900 olar. Düşünürəm ki, bu, gündəmdə qalmağın bir yoludur”.

 

R. Quliyev bəzi müxalifət liderlərini istefa verməyə də çağırıb: “Bu insanların yeganə düzgün addımı istefa verib getməklərindədir. Ancaq bu işi görən deyillər”.

 

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə APA-ya açıqlamasında deyib ki, R. Quliyevin təmsil olunduğu partiya ondan imtina edib, bundan sonra nə desə belə, sözünü özündən başqa eşidən, ona inanan tapmayacaq: “O, gündəmdə qalmaq üçün müxalifəti hədəfə götürüb. Düşünürəm ki, Rəsul Quliyev öz işləri ilə məşğul olsa, daha çox hörmətli olar, nəinki gündəmdə qalmaq üçün müxalifəti tənqid etməklə...” 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790
avatar

Oxşar yazılar