QHT-lərə Dövlət Dəstəyi Şurası ölkədəki QHT-lərə müraciət edib
06 fevral 2013 19:15 (UTC +04:00)

QHT-lərə Dövlət Dəstəyi Şurası ölkədəki QHT-lərə müraciət edib

 

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkənin qeyri-hökumət təşkilatlarına müraciət edib. Şuradan Lent.az-a verilən məlumata görə, müraciətdə qeyri-hökumət təşkilatları Dağlıq Qarabağın və ətraf 7 rayonun işğalı faktını Minsk qrupunun həmsədr dövləti olan Amerika Birləşmiş Ştatlarının prezidentinin gündəliyinə prioritet mövzu kimi daxil edilməsinə yönəlik müraciətə səs verməyə çağırılır: “Ağ Evin rəsmi saytına yerləşdirilmiş bu müraciət Azərbaycanın işğal edilmiş ərazilərindən erməni hərbi birləşmələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT qətnamələrnin həyata keçirilməsinin vacibliyi şəxsən ABŞ prezidentinin diqqətinə çatdırır və onu prioritet mövzu kimi ABŞ rəhbərinin siyasi gündəminə daxil edir.  ABŞ Prezidenti Administrasiyasının (Ağ Evin) rəsmi səhifəsində Dağlıq Qarabağ və ətraf 7 rayonun erməni hərbi birləşmələri tərəfindən işğalı ilə bağlı yerləşdirilmiş müraciətə səsvermə qaydaları aşağıdakı kimidir. Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş bu müraciət Dağlıq Qarabağ və ətraf 7 rayonun erməni hərbi birləşmələri tərəfindən işğalı ilə bağlı ABŞ prezidentinin bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur.

 

Yanvarın 25-dən etibarən ərizə üçün səsvermələr açıq elan olunub və elektron imza toplamaq üçün "Biz xalqıq" kampaniyası çərçivəsində səsvermə başlayıb.

Kampaniyada iştirak etmək istəyənlər bu linkə-https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx daxil ola bilərlər.

Səhifədə göstərilən "Hesab yarat" (Create an account) bölməsinə daxil olmaq, bölməyə daxil olduqdan sonra ad, soyad və e-mail ünvanı göstərilən xanalara müvafiq məlumatları daxil etmək lazımdır. Bölmədə göstərilən "zip" xanasını boş qoymaq da mümkündür.
Qeydiyyat başa çatdıqdan sonra istifadəçinin e-mail ünvanına Ağ Evin rəsmi saytından təsdiq məktubu daxil olur. Məktubun daxilində səhifədə hesab yaratmaq üçün lazım olan şifrə yazılır. Həmin şifrəni "Sign in" bölməsində e-mail ünvanından sonra şifrə bölməsinə daxil etmək lazımdır”.

Qeyd edək ki, yalnız 100 000 səs verildiyi təqdirdə müraciət ABŞ prezidentinin gündəminə prioritet mövzu olaraq daxil ediləcək.    

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Oxşar yazılar