Eskişehir Osmanqazi Universitetinin rektoru prof. Dr. Hasan Gönen qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən Eskişehir Osmanqazi Universitetinin rektoru prof. Dr. Hasan Gönen Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. O, Eskişehir Osmanqazi Universitetinin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu da bildirib.
Görüş zamanı Azərbaycanın millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Eskişehir Osmanqazi Universitetinin ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərində olduğu kimi təhsil sahəsində də ildən-ilə əlaqələrin genişləndiyini vurğulayan millət vəkili böyüyən gənc nəsillər, universitet tələbələri arasında ortaq tariximizin daha geniş öyrədilməsi və təbliğ olunmasının vacibliyi xüsusi vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva Eskişehir Osmanqazi Universitetinin rektoru prof. Dr. Hasan Gönenə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər təqdim edib.
Görüşdə millət vəkili Qənirə Paşayeva Eskişehir Osmanqazi Universitetinin rektoru prof. Dr. Hasan Gönen Azərbaycana dəvət edib. Eskişehir Osmanqazi Universitetinin rektoru prof. Dr. Hasan Gönen dəvəti məmnuniyyətlə qəbul edib və Türkiyənin Eskişehir Osmanqazi Universitetiilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb.