Prezident İlham Əliyev martın 28-də Qazaxıstan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amangeldi Jumabayevin etimadnaməsini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
A. Jumabayev etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan prezidentinin səfirlə söhbəti olub.
Səfir Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin salamlarını dövlət başçısına çatdırıb. Ölkəsinin prezidentinin Azərbaycanla ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə böyük önəm verdiyini vurğulayan qazaxıstanlı diplomat əlaqələrimizin bundan sonra da möhkəmləndirilməsində səylərini əsirgəməyəcəyini deyib.
Dövlət başçısı Azərbaycanın da Qazaxıstan ilə əməkdaşlığın daha da genişləndirilməsinə böyük əhəmiyyət verdiyini deyib.
Dövlət başçısı prezident Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş edib .