Prezidentlərin görüşü dekabrın əvvəlində baş tuta bilər
18 noyabr 2015 23:34 (UTC +04:00)

Prezidentlərin görüşü dekabrın əvvəlində baş tuta bilər

0

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü yəqin ki, dekabrın əvvəlində baş tutacaq.

 

Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın hakim Respublika Partiyası İcraiyyə Komitəsinin iclasından sonra partiyanın mətbuat katibi, parlamentin vitse-spikeri  Eduard Şarmazanov bildirib.

 

“Prezidentlərin görüşü yaxın həftələrdə olacaq. Dekabrın əvvəlində Əliyev-Sərkiaysan görüşünü mümkün sayıram. Görüş hansı gündə və harada keçiriləcək, bu haqda Prezident Aparatı müvafiq qaydada xəbər verəcək” – deyib Şarmazanov.

 

Xatırladaq ki, oktyabrın 26-da ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bölgəyə səfər zamanı vasitəçilərin ilin sonunadək prezidentlərin görüşünü təşkil eləmək niyyətində olduqlarını söyləmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar