Rusiya prezidenti Vladimir Putin və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Sankt-Peterburqda Suriya və Dağlıq Qarabağ problemini müzakirə ediblər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında bildirib ki, iki ölkənin birgə atmalı olduğu addımlar var: “Bu mövzular ətrafında apardığımız danışıqlar bizə bu məsələlərin həlli üçün baza, platforma yaratmağa imkan verir. Mən İnanıram ki, Rusiya və Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsi, Suriya və İraqdakı vəziyyət baxımından regionda öhdəlikləri var”.