Prezidentlər iş adamları ilə görüşüb
12 mart 2013 02:43 (UTC +04:00)

Prezidentlər iş adamları ilə görüşüb

 

Martın 11-də prezident İlham Əliyev və Xorvatiya prezidenti İvo Yosipoviç iş adamları ilə görüşüblər.

 

Lent.az -ın  Azərtac-a istinadən məlumat görə, görüşün aparıcısı bu tədbirdə iştirak edən şirkət rəhbərlərinə və Xorvatiyanın biznes dairələrinin nümayəndələrinə Azərbaycan və onun iqtisadiyyatı barədə geniş məlumat verib, ölkəmizdə xarici iş adamları üçün əlverişli şəraitin yaradıldığını bildirib.

 

Prezident İvo Yosipoviç Azərbaycan dövlətinin başçısının Xorvatiyaya rəsmi səfərinin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. O, qeyd edib ki, Azərbaycan son illərdə sürətlə inkişaf edir və bu baxımdan ölkəmiz Xorvatiya üçün də böyük maraq doğurur. Ölkələrimiz arasında qarşılıqlı investisiyaların qoyulması ilə bağlı yeni əməkdaşlıq sahələrinin olduğunu deyən prezident İvo Yosipoviç bu görüşün iş adamları üçün münasibətlərin qurulması baxımından əhəmiyyətini vurğulayıb.

 

Prezident İlham Əliyev Xorvatiyaya budəfəki səfərinin uğurla keçdiyini qeyd edib. Bildirib ki, aparılan müzakirələrdə iqtisadi əlaqələrin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb. O deyib  ki, Azərbaycan-Xorvatiya əlaqələri bütün sahələrdə inkişaf edir və iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı potensial var.

 

Prezident İlham Əliyev iş adamları  və ölkələrimizin biznes dairələri arasında səmərəli əlaqələrin qurulması və inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycan və Xorvatiya nəqliyyat, turizm və digər sahələrdə səmərəli əməkdaşlıq qura bilər.

 

Azərbaycanda gedən iqtisadi proseslər və formalaşmış biznes mühiti barədə iş adamlarına məlumat verən prezident İlham Əliyev bildirib ki, ölkəmizdə xarici iş adamlarının fəaliyyəti üçün əlverişli mühit yaradılıb, xarici sərmayələrin qoyulması üçün hərtərəfli şərait mövcuddur. Respublikamızda bir çox Xorvatiya şirkətlərinin də uğurla fəaliyyət göstərdiyini deyən prezident İlham Əliyev ölkələrimiz arasındakı iqtisadi əlaqələrin daha da inkişafında iş adamlarının rolunun artacağına ümidvar olduğunu bildirib.

 

Sonra Xorvatiyanın  iş adamları və biznes dairələrinin aparıcı nümayəndələri öz şirkətləri və təmsil etdikləri iqtisadi qurumlar barədə prezident İlham Əliyevə məlumat veriblər, ölkəmizlə əməkdaşlığa böyük maraq göstərdiklərini bildiriblər və  Azərbaycan iqtisadiyyatının müxtəlif  sahələri ilə bağlı dövlətimizin başçısına suallar veriblər.

 

Prezident İlham Əliyev iş adamlarının  sualları və təkliflərini dinləyərək, bir daha Azərbaycanda xarici sərmayələrin yüksək səviyyədə qorunduğunu deyib və Xorvatiya iş adamlarını Azərbaycanla sıx əməkdaşlığa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730
avatar

Oxşar yazılar