Prezident İlham Əliyevin və Monteneqro prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. APA-nın verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Monteneqro arasında dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, ölkələrimizdə həyata keçiriləcək birgə iqtisadi layihələrin əhəmiyyəti qeyd edilib. Görüşdə Azərbaycanın Monteneqroda müxtəlif istiqamətlər üzrə birgə iqtisadi layihələrin reallaşdırılması perspektivləri baxımından bu səfərin önəmi vurğulanıb. Azərbaycanın Monteneqroya investisiya qoyuluşunun iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Energetika, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığın yaxşı potensialı olduğunun vurğulandığı görüşdə əlaqələrin bundan sonra da genişləndiriləcəyinə əminlik bildirilib