Prezident Xorvatiya parlamentinin sədri ilə görüşüb
11 mart 2013 19:50 (UTC +04:00)

Prezident Xorvatiya parlamentinin sədri ilə görüşüb

Xorvatiyada rəsmi səfərdə olan prezident İlham Əliyev Xorvatiya parlamentinin sədri Yosip Leko ilə görüşüb.


 

APA-nın xəbərinə görə, görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı səfərlərin önəmi vurğulanıb.

 

Bildirilib ki, Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiyaya bu səfəri əlaqələrimizin daha yüksək səviyyəyə çatdırılmasına töhfəsini verəcək. Həmçinin parlamentlərarası əməkdaşlığın və dostluq qruplarının fəaliyyətinin ikitərəfli əlaqələrin möhkəmlənməsinə təkan verdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycanla Xorvatiya arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensial var.

 

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 381
avatar

Oxşar yazılar