Prezident İlham Əliyev Latviya prezidenti Andris Berzinşə başsağlığı verib. Lent.az-ın məlumatına görə, başsağlığı teleqramında deyilir: “Riqa şəhərindəki ticarət mərkəzinin dam örtüyünün çökməsi nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirib.
Baş vermiş faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.