Martın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Monteneqro Prezidenti Filip Vuyanoviç mətbuata bəyanatla çıxış ediblər. Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev Monteneqroya rəsmi səfəri çərçivəsində bu gün həmçinin Çetinye şəhərindəki Kral Nikolay Sarayında olub. Dövlətimizin başçısı sarayda yaradılan muzeyə baxıb.
Monteneqro prezidenti əvvəlcə Çetinye şəhərində son illərdə həyata keçirilən infrastruktur layihələr və görülən işlər barədə prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, XIII əsrdə əsası qoyulan Çetinye şəhəri Monteneqronun qədim paytaxtı hesab edilir.
Sonda prezident İlham Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
F. Vuyanoviçin adından Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.