Azərbaycan prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısının təbrik məktubunda deyilir: “Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Zəngin tolerantlıq ənənələrinə malik Azərbaycan müxtəlif din və etiqadlara mənsub insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadığı bir ölkədir. Ümidvaram ki, dünyada sülhün, sabitliyin qorunub saxlanması, insanlar arasında qarşılıqlı anlaşma, dəstək və həmrəyliyin bərqərar olmasına yönəlmiş səmimi dialoqumuzu bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu baxımdan Azərbaycanla Müqəddəs Taxt-Tac arasındakı sivilizasiyalar və dinlərarası dialoqun, tolerantlığın təşviqinə yönəlmiş əməkdaşlığımızın hazırkı səviyyəsi məmnunluq doğurur. Sizə möhkəm cansağlığı, uzun ömür, ümumbəşəri dəyərlərin təntənəsi və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar, həmməzhəblərinizə əmin-amanlıq və rifah diləyirəm”.
Prezident İlham Əliyev Roma Papasını təbrik edib
675