Prezident İSESCO-nun baş direktorunu qəbul edib
16 mart 2013 20:20 (UTC +04:00)

Prezident İSESCO-nun baş direktorunu qəbul edib

 

Prezident İlham Əliyev martın 16-da İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. APA-nın xəbərinə görə, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri “Terrorçuluğun qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq konfransın Bakıda yüksək səviyyədə təşkil olunmasına verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Konfransda 50 ölkəni və 20 beynəlxalq təşkilatı təmsil edən nümayəndələrin iştirakının önəmini vurğulayan Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın bu cür beynəlxalq tədbirlər keçirməkdə yaxşı təcrübəsi olduğunu məmnunluqla qeyd edib.

 

Azərbaycan prezidenti “Terrorçuluğun qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Bakıda təşkil edilən Beynəlxalq konfransa olan böyük marağı yüksək qiymətləndirib. Prezident İlham Əliyev konfransda müzakirə olunacaq məsələlərin terrorçuluğun qarşısının alınması istiqamətində birgə səylərin daha da artırılması işinə xidmət edəcəyinə əminliyini bildirib.

 

Görüşdə Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633
avatar

Oxşar yazılar