Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 15-də ATƏT-in baş katibi Lamberto Zannierin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.