Prezident İlham Əliyev: “Qəti mövqeyimiz ondan ibarətdir ki...”
13 mart 2013 18:05 (UTC +04:00)

Prezident İlham Əliyev: “Qəti mövqeyimiz ondan ibarətdir ki...”

“Dağlıq Qarabağ münaqişəsi regionda sülhə və sabitliyə ən böyük təhlükə olmaqla yanaşı, həm də regionun inkişafı üçün ciddi maneədir”.

 

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu prezident İlham Əliyev Monteneqronun “Pobjeda” qəzetinə müsahibəsində bildirib.

 

Dövlət başçısı qeyd edib ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İşğal olunmuş ərazilərdə bütün infrastruktur dağıdılıb, xalqımızın tarixi, dini abidələri, qədim maddi mədəniyyət nümunələri, qəbiristanlıqlar tamamilə məhv edilib.
Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində danışıqlar prosesində hər hansı irəliləyişə hələ də nail olunmayıb, təmas xəttində ermənilər tərəfindən atəşkəsin tez-tez pozulması halları baş verir və bu da Azərbaycanın həm hərbçiləri, həm də mülki əhalisi arasında itkilərə səbəb olur”.

 

Prezident İlham Əliyev bildirib ki, işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrinə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməzliyi ilə bağlı verdikləri bəyanata Ermənistan indiyə qədər məhəl qoymur: “Beynəlxalq birlik bu münaqişənin ədalətli həll olunması istiqamətində səylərini daha da artırmalıdır. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapa bilər. Yalnız bundan sonra regionda uzunmüddətli sabitlik və əməkdaşlığa nail olmaq olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1262
avatar

Oxşar yazılar