Prezident fransalı naziri qəbul edib
26 noyabr 2013 12:56 (UTC +04:00)

Prezident fransalı naziri qəbul edib

Prezident İlham Əliyev bu gün Fransanın xarici ticarət naziri, ikitərəfli iqtisadi əməkdaşlıq komissiyasının həmsədri, xanım Nikol Brikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent. az-ın məlumatına görə, Azərbaycanla Fransa arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı əməkdaşlığın nəticələrinin yüksək səviyyədə olduğunu deyib. Prezident İlham Əliyev Fransa şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişlənməsinin önəmini qeyd edib.

 

İkitərəfli iqtisadi əməkdaşlıq komissiyasının iclasına toxunan dövlət başçısı iclasda müzakirə olunacaq məsələlərin ölkələr arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

 

Fransanın yeni hökumətinin ilk naziri kimi Azərbaycana səfər etdiyini vurğulayan xanım Nikol Brik strateji baxımdan xüsusi əhəmiyyətə malik olan Azərbaycanda Fransa şirkətlərinin fəaliyyətinin daha da genişləndirilməsində ölkəsinin maraqlı olduğunu deyib.

 

Görüşdə ölkələr arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanıb, yeni sahələrin müəyyənləşdirilməsinin əhəmiyyəti qeyd olunub, əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 359
avatar

Oxşar yazılar