Prezident Fransa  Milli Assambleyasının deputatını qəbul edib
25 aprel 2016 14:01 (UTC +04:00)

Prezident Fransa Milli Assambleyasının deputatını qəbul edib

Prezidenti İlham Əliyev aprelin 25-də Fransa  Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin Azərbaycanın yaxın dostu olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələr arasında münasibətlərin inkişafında onun rolunu xüsusi qeyd edib. BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumuna toxunan dövlət başçısı toplantıya artıq bir çox ölkələrdən qonaqların gəldiyini də qeyd edib.

Forumun ikitərəfli münasibətlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını vurğulayan dövlət başçısı Jan-Fransua Manselin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə edib.

Jan-Fransua Mansel də öz növbəsində  indiki mürəkkəb şəraitdə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini vurğulayıb və  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Fransa hökumətinin ədalətli mövqe nümayiş etdirməsi və Fransa ictimaiyyətinin Azərbaycanı daha yaxından tanıması istiqamətində işlər apardıqlarını deyib.  Parlamentlərarası əməkdaşlığa toxunan Jan-Fransua Mansel Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə sıx dostluq və əməkdaşlıq əlaqələrini məmnunluqla qeyd edib.

Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətindən danışılıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar