Prezident: “Rusiya ilə əməkdaşlığın inkişafı üçün böyük potensial var”
23 iyun 2014 13:13 (UTC +04:00)

Prezident: “Rusiya ilə əməkdaşlığın inkişafı üçün böyük potensial var”

“Ənənəvi olaraq təşkil edilən forumlar iki dost ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi yolunda təsirli vasitəyə çevrilib”.


 

Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin bu gün Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına ünvanladığı məktubda qeyd olunub.

 

APA-Economics”in məlumatına görə, məktubu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.

 

Müraciətdən bildirilir ki, forum əldə edilən uğurların təhlili və aktual məsələlərin müzakirəsi, prioritet sahələrin və birgə fəaliyyətin yeni formalarının müəyyən edilməsi üçün faydalı olacaq.

 

Prezident qeyd edib ki, hazırda Azərbaycan və Rusiya subyektləri arasında ticari-iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün böyük potensial var: “Bizim ölkələrimizdə etibarlı tərəfdaşlıq münasibətlərinin bərqərar olması və əlverişli investisiya mühitinin mövcudluğu regionlararası iqtisadi əlaqələrə özəl biznesin daha aktiv cəlb edilməsi üçün lazımi şərait yaradır. İndiyədək energetika, kənd təsərrüfatı, bank işi, turizm və nəqliyyat sahələrində əldə edilmiş müsbət təcrübədən çıxış edərək biz yaxın gələcək üçün yeni məqsədləri müəyyən edə bilərik. Eləcə də əməkdaşlığımızın vacib komponentləri olan humanitar inkişaf və informasiya mübadiləsi sahələrinə diqqət artırılmalıdır. Bunun üçün layihələr və aydın perspektivli işlək mexanizmlər hazırlamaq lazımdır”.

# 490
avatar

Oxşar yazılar