Prezident  “İKT ili” ilə bağlı Tədbirlər Planını təsdiqləyib
29 mart 2013 19:32 (UTC +04:00)

Prezident “İKT ili” ilə bağlı Tədbirlər Planını təsdiqləyib

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında sərəncam imzalayıb.


 

APA-Economics”in məlumatına görə, Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəyyən edilib.

 

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikasının ərazisində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və ondan istifadə, elektron hökumətin formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

 

Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 813
avatar

Oxşar yazılar