Oqtay Əsədov Pakistana gedir
09 fevral 2013 15:55 (UTC +04:00)

Oqtay Əsədov Pakistana gedir

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 11-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının birinci iclasında iştirak etmək üçün Pakistana səfər edəcək.

 

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Əliağa Hüseynov, İlham Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. İslamabad şəhərində keçiriləcək İƏT PA-nın birinci ümumi yığıncağında tövsiyə xarakterli qərarlar qəbul ediləcək və bir sıra təşkilatı məsələlərə baxılacaq.


Milli Məclisin sədri  tədbirdə çıxış edərək təşkilata üzv dövlətlər arasında parlamentlərarası münasibətlərin gücləndirilməsi barədə fikirlərini bildirəcək. 
Səfər çərçivəsində O.Əsədovun toplantıda iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə parlamentlərarası əlaqələrin, ikitərəfli əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537
avatar

Oxşar yazılar