Ombudsman: «Məsələnin qalmaqala çevriləcəyini güman etmirdim»
09 iyul 2013 00:18 (UTC +04:00)

Ombudsman: «Məsələnin qalmaqala çevriləcəyini güman etmirdim»

Moldova Ombudsmanı Aureliya Qriqoriu bu gün mətbuat konfransı keçirib.

 

Bu barədə APA vesti.md-yə istinadən məlumat verir.

 

«Mən Ermənistan parlamentindəki çıxışımda yeni heç nə deməmişəm», deyə Qriqoriu mətbuat konfransında bildirib. O, Ermənistan parlamentinin vitse-spikeri Ermine Naqdalyanı qalmaqal yaratmaqda günahlandırıb.

 

«Məruzadə yer verdiyim məlumatı mən özümdən uydurmamışam. Mən BMT Təhlükəsizlik Şurasının məlumatlarından istifadə etmişəm və yeni heç nə deməmişəm. Bu məlumat hamıya məlumdur. Mən güman etmirdim ki, məsələ qalmaqala çevrilə bilər»- deyə, Qriqoriu əlavə edib.

 

Ombudsman bildirib ki, «ictimaiyyətin fikrini dondurulmuş münaqişələr zonasında insan haqlarının pozulmasına yönəltmək» istəyirmiş və bir hüquq müdafiəçisi kimi mövqeyini ifadə edib.

 

Qriqoriu bəyan edib ki, onun çıxışı Ermənistanın vitse-spikeri Ermine Naqdalyanın günahı ucbatından səhv anlaşılıb.

 

Ombudsman həmçinin ünvanına təhdidlər gəldiyini də bildirib: «Həm otel nömrəmdəki telefonuma, həm də sosial şəbəkədəki səhifəmə təhdidlər gəlməyə başladı. Mən o təhdidləri real olaraq qəbul etdim və bizim Xarici İşlər Nazirliyinə məlumat verdim».

 

Xatırladaq ki, İrəvandakı beynəlxalq konfransda Aureliya Qriqoriu Ermənistanın Azərbaycana qarşı təcavüzünün 25 ildən çox davam etdiyini, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etdiyini bəyan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668
avatar

Oxşar yazılar