ABŞ-ın birinci xanımı Mişel Obama administrasiyasının sabiq rəhbəri, Çikaqo şəhər Əməkdaşlıq Şurasının ilk qadın rəhbəri, Çikaqo Universitetinin birinci vitse-prezidenti Suzan Şer Azərbaycana səfərə gəlir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Lent.az-a verilən məlumata görə, Obama ailəsinin üzunmüddətli dostu, Amerikanın nüfuzlu strateqi Suzan Şerin səfəri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılır.
Obama Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun "Cənubi Qafqaz Forumu" layihəsində iştirak edəcək. Şer Obama administrasiyasının önəm verdiyi Səhiyyə proqramının əsas müəlliflərindən biridir. O cümlədən, Prezident Obama administrasiyasında Amerika Yəhudi icmaları üzrə xüsusi koordinator funksiyasını icra etməkdədir. Onun xidmətlərini Barak Obama belə qiymətləndirib: "Suzan Şer Birinci xanım Mişel Obamanın ofisinə və o cümlədən mənim administrasiyama çox böyük təcrübə, xüsusən Amerikada yaşayan Yehudi icmaları ilə işin qurulması və mühüm əhəmiyyətə malik olan səhiyyə islahatlarına nail olunmasında önəmli töhfə verib”.
Qeyd edək ki, Suzan Şer Mişel Obamanın arıqlama kampaniyasının əsas dəstəkçisi olub. 2009-cu ildə Ağ Evə Prezident Obamaya müşavir kimi gələn Suzan Şer birinci xanım Mişel Obama tərəfindən Birinci xanım ofisinin rəhbəri vəzifəsinə dəvət olunub.