Müxalifət partiyası Azərbaycan və Türkiyə hökumətlərinə çağırış etdi
25 noyabr 2013 12:24 (UTC +04:00)

Müxalifət partiyası Azərbaycan və Türkiyə hökumətlərinə çağırış etdi

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

 

Partiyadan Lent. az-a daxil olan məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub.

BAXCP İdarə Heyətinin müzakirəyə çıxardığı əsas məsələ Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində blokada vəziyyətinə düşmüş Naxçıvana yük daşınmaları ilə əlaqədar yaranmış problemlə bağlı olub.

 

Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxın zamanlarda mümkün olmadığı qənaətinə gələn BAXCP İdarə heyəti Azərbaycan hökumətini muxtar respublikanın düşdüyü blokada vəziyyətini yumşaltmaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.

 

BAXCP İdarə Heyətinin bununla bağlı qəbul etdiyi bəyanatda deyilir: "Qarsdan Naxçıvana dəmir yolu xəttinin çəkilməsi ilə bağlı niyyət protokolu imzalanmasına baxmayaraq, təəssüf ki, Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi və bölgənin inkişafı baxımından həyati əhəmiyyət kəsb edən bu layihənin gerçəkləşdirilməsi istiqamətində heç bir addım atılmayıb. BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycan və qardaş Türkiyənin hökumətləri Qarsdan Naxçıvana dəmir yolu xəttinin çəkilməsi üçün tez bir zamanda fəaliyyətə başlamalı, bu layihənin qısa bir zaman kəsiyində gerçəkləşdirilməsi istiqamətində bütün mümkün vasitələrdən istifadə etməlidirlər ".

 

Qeyd edək ki, BAXCP İdarə Heyətinin toplantısında partiyanın Ali Məclisinin dekabrın 1-də keçirilməsi nəzərdə tutulan sessiyasının gündəliyi və digər təşkilati məsələlər müzakirə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600
avatar

Oxşar yazılar