Moskvada azərbaycanlıların soyqırımı Günü anılıb
02 aprel 2013 02:09 (UTC +04:00)

Moskvada azərbaycanlıların soyqırımı Günü anılıb

0

 

31 Mart azərbaycanlıların soyqırımı Günü Rusiya paytaxtında anılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyada fəaliyyət göstərən Məmməd Əmin Rəsulzadə Cəmiyyəti tərəfindən təşkil olunan anım mərasimində azərbaycanlı ziyalılar və diaspor fəalları iştirak ediblər. Cəmiyyətin sədri Füzuli Fərəcov çıxışında 31 Mart soyqırımı gününün Azərbaycan xalqının tarixində acı bir xatirə olduğunu bildirib. Erməni daşnaklarının 1918-ci ilin martında Azərbaycanın müxtəlif bölgələrində qırğınlar törətdiyini söyləyən F. Fərəcov soyqırımı nəticəsində 12 mindən çox azərbaycanlının qətlə yetirildiyini bildirib: “”Böyük Ermənistan” xəyalları ilə yaşayan erməni daşnakları 1918-20-ci illərdə 60 mindən çox azərbaycanlını qətlə yetiriblər. Stepan Şaumyanın sədrlik etdiyi erməni daşnakları Bakı, Quba, Xaçmaz, Hacıqabul, Salyan, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və başqa şəhərlərdə uşaq, yaşlı və qadın demədən bütün dinc insanları məscidlərin içində yığıb diri-diri yandırıblar. Bu XX əsrin ən böyük faciələrindən biri olub”.

 

Ermənilərin  “bolşevik ordusu” adı altında qətliam törətdiklərini söyləyən F. Fərəcov Şaumyan və Mikoyanın quldur dəstələri bolşeviklərin silah və toplarından istifadə edərək Azərbaycan xalqına qarşı soyqırımı törətdiyini bildirib: “Bakı və yaxın bölgələrdə 72 kənd yandırılıb. Erməni tarixçilər belə bu faktları gizlətmir. Tarixçi Lalayan yazırdı ki, 1918—20-ci illərdə indi Ermənistan ərazisində 60 min azərbaycanlı öldürülüb”.

 

Mərasimdə çıxış edən digər azərbaycanlı ziyalılar erməni faşizminə qarşı mübarizə aparmaq üçün birgə hərəkət etməli və milli strategiya qurulmalı olduğunu söyləyiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 752

Oxşar yazılar