Millət vəkili Qənirə Paşayeva IV Beynəlxalq Muhsin Yazıçıoğlu simpoziumunda çıxış edib. Lent.az-ın məlumatına görə, millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Q. Paşayeva IV Beynəlxalq Muhsin Yazıçıoğlu simpoziumunda çıxışı zamanı həm jurnalist fəaliyyəti zamanı, həm də millət vəkili kimi Muhsin Yazıçıoğlu ilə görüşlərindən danışıb və Türk dünyasının görkəmli dövlət və ictimai-siyasi xadimi, Türk dünyasının böyük aydınlarından biri Muhsin Yazıçıoğlu bağlı xatirələrini bölüşüb: "Xocalı Soyqırımı, Dağlıq Qarabağ münaqişəsi onu Azərbaycan türkü qədər narahat edirdi. Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı bütün platformalarda öz etiraz səsini ucaldırdı. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, Xocalı Soyqırımını törədənlərin ədalət qarşısında cavab vermələrini tələb edib".
Qeyd edək ki, “Muhsin Yazıçıoğlunun anma həftəsi” çərçivəsində keçirilən simpozium türk dünyasının mədəniyyət paytaxtı elan edilən Eskişəhərdə təşkil edilib. Türkiyənin Böyük Birlik Partiyası tərəfindən təşkil edilən tədbirdə millət vəkilləri, alimlər iştirak ediblər.