Milli Məclisdə hökumətin hesabatının müzakirəsi davam edir. Lent. az-ın verdiyi məlumata görə, millət vəkili Rüfət Quliyev 2012-ci ildə ilk dəfə ümum daxili məhsulda qeyri-neft sektoru 50 faizi keçib və bu, böyük iqtisadi uğurdur. Millət vəkili Əli Məsimli 2013-cü ildə hökumətin Şəkinin 50 kəndinin qazlaşdırılacağını bəyan etdiyini, 10-15 kənd qazlaşdırılarsa, bunu şəxsən böyük uğur kimi qəbul edəcəyini bildirib. O, ayda 100-120 manat ödənişlə vətəndaşlar üçün mənzillərin tikilib istifadəyə verilməsini də təklif edib.
Millət vəkili Asəf Hacıyev informasiya - kommunikasyia texnologiyalarının (İKT) iqtisadiyyatda xüsusi rol oynadığını vurğulayıb. O, bu gün Azərbaycan büdcəsinin Cənubi Qafqaz ölkələrinin ümumi büdcəsinin 76 faizini təşkil etdiyini nəzərə çatdırıb: “Bu illər ərzində Azərbaycan büdcəsi 17 dəfə, elm xərcləri isə cəmi 7,4 dəfə artıb. Bununla elmi stimullaşdırmaq olmaz. Bu gün Azərbaycanda elmə ayrılan vəsait büdcənin 0,7 faizdir. Dünyada təsdiqini tapıb ki, əgər elmə ayrılan vəsait büdcənin 2 faizini təşkil edərsə, o halda elm gəlir gətirməyə başlayır. ”
Millət vəkili Musa Quliyev Azərbaycan ordusunun qüdrətli olduğunu, orduya qarşı addımların radikal qüvvələrin şərəfsizliyi olduğunu söyləyib. O, tütün və tütün məlumatlarının aksiz dərəcəsini artırmağı, lisenziya şərtlərini ağırlaşdırmağı təklif edib: “Bu gün Azərbaycanda tütün məmulatları dünyada ən ucuz tütün məmulatlarıdır. İkincisi, icbari növ sığortanı ya tətbiq , ya da imtina etməliyik. Sığorta əvəzinə dövlət büdcəsindən lazımi miqdarda vəsait ayrılmalıdır ki, əhalinin bütün təbəqələrinə keyfiyyətli tibbi xidmət əlçatan olsun”.
Millət vəkili Fərəc Quliyev İrana beynəlxalq sanksiyaların tətbiq olunduğunu xatırladıb: “Nazirlər Kabineti Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan aralı düşmüş Naxçıvanla bağlı xüsusi proqram hazırlanmasını təklif edirəm. Naxçıvanda ixrac qabiliyyətli məhsulların istehsalı təşkil olunmalıdır”.
Millət vəkili: “Bununla elmi stimullaşdırmaq olmaz…”
737