Malta və Makedoniya prezidentləri Azərbaycana gələcək
16 aprel 2016 16:38 (UTC +04:00)

Malta və Makedoniya prezidentləri Azərbaycana gələcək

 

Aprelin 25-27-də Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu keçiriləcək. Forumda iştirak etmək üçün Maltanın Prezidenti xanım Mari-Luiz Koleyro və Makedoniya Respublikasının Prezidenti George İvanov Bakıya gələcək.

 

Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi nəzərdə tutulub. BMT SA-nın yüksək səviyyəli toplantısında Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

 

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar