Makedoniya bir sıra ölkələrlə vizasız rejiminin müddətini daha bir il uzadıb.
APA-nın Makedoniya hökumətin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan, Rusiya, Ukrayna və Qazaxıstanın vətəndaşları 2014-cü ilin martın 15-ə kimi bu ölkəyə vizasız gedib-gələ bilərlər.
Makedoniya hökuməti hesab edir ki, bu addım ölkəyə gələn turistlərin sayını artıracaq, yuxarıda qeyd edilən ölkələrlə iqtisadi əlaqələri daha da möhkəmləndirəcək və nəticədə Makedoniya daha çox gəlir əldə edəcək.