Azərbaycanda müxalif Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təşkilat şöbəsinin müdiri Vüqar Bayramlı dünyasını dəyişib.
Partiyadan APA-ya verilən məlumata görə, 41 yaşlı V.Bayramlı qan təzyiqi səbəbindən bir neçə gün müalicə alıb. Fevralın 6-da səhər saatlarında isə vəfat edib.
Xatırladaq ki, mərhum 2002-2010-cu illərdə KXCP Yasamal rayon təşkilatının sədri, sonra isə təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.