Keçmiş “Məhsul” stadionu təmirə bağlanır
22 noyabr 2013 15:31 (UTC +04:00)

Keçmiş “Məhsul” stadionu təmirə bağlanır

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərib


 

Yasamal rayonu ərazisində yerləşən Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunun (keçmiş “Məhsul” stadionu) təmirə bağlanacağı barədə Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərilib.

 

Bu barədə APA-ya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov məlumat verib.

 

Onun sözlərinə görə, stadion prezident seçkiləri ilə əlaqədar keçirilən mitinqlər nəticəsində bərbad vəziyyətə düşüb və təmirə bağlanmasına qərar verilib. N. Ağamirov bildirib ki, stadionun 10-15 günə təmirə dayanması nəzərdə tutulur: “Stadionda mitinq keçiriləndən sonra təxminən 10 gün təmizlik işləri aparmaq lazım gəlir. Stadionun yararsız vəziyyətə düşməsi idmançıların işini çətinləşdirir”.

 

N. Ağamirov deyib ki, sonuncu mitinqdən sonra stadionun təmirə bağlanacağı haqqında Bakı Şəhər İcra Hakimiyyətinə məlumat xarakterli məktub göndərilib: “Məktubda qeyd olunub ki, stadion idman qurğusudur və burada keçirilən mitinqlər məşqlərə əngəl törədir. Buna görə də gələcəkdə müraciət olarsa, aksiyaların digər münasib yerlərdə keçirilməsi nəzərdə tutulsun. Yəqin ki, Bakı Şəhər İcra Hakimiyyəti müraciətimizi nəzərə alacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1182
avatar

Oxşar yazılar