Kanadalı deputatlar Azərbaycana gəlir
01 aprel 2013 20:19 (UTC +04:00)

Kanadalı deputatlar Azərbaycana gəlir

 

Aprelin 2-7-də Kanada parlamentinin hakim Mühafizəkarlar Partiyasının üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək. Azərbaycanın Kanadadakı səfirliyindənAPA-ya verilən məlumata görə, nümayəndə heyətinə başçılıq edən Barri Devolin Kanada Parlamenti İcmalar Palatası spikerinin müavini, Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədridir. Kanada parlamentində Azərbaycanla dostluq qrupu 2006-cı ildən fəaliyyət göstərir və B. Devolin 2011-ci ilin noyabrında bu qrupun sədri seçilib.

 

Səfər Azərbaycanın Kanadadakı səfirliyi, Yeni Azərbaycan Partiyası və Milli Məclisin birgə təşkilatçılığı ilə həyata keçirilir. Nümayəndə heyətinə B. Devolindən başqa, İcmalar Palatasının üzvü Vladislav Lizon, senatorlar Yona Martin və Salma Atullahcan daxildirlər.

 

Səfər çərçivəsində nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədov, Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov tərəfindən qəbul olunacaq, eləcə də bir sıra nazirlik və dövlət qurumlarında görüşlər keçirəcək.

 

Səfərin əsas məqsədi iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsi, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ilə təmasların möhkəmləndirilməsi, ölkə və regiondakı vəziyyətlə tanışlıq və ümumən ikitərəfli əlaqələrin inkişaf perspektivlərinin müzakirəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559
avatar

Oxşar yazılar