Dünən Kanada Parlamentində Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun illik görüşü keçirilib. Lent. az-ın məlumatın görə, görüşdə Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev də iştirak edib.
Görüşdə Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və bir sıra digər sahələrdə münasibətlərin hazırkı durumu və inkişaf perspektivləri müzakirə olunub. Görüş zamanı səfir F.Şəfiyev çıxış edərək ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı Dostluq Qrupunun sədri Barri Devolin (Barry Devolin) çıxış edərək, Kanadanın Azərbaycanla müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırmış, bu ilin aprel ayında kanadalı millət vəkillərindən ibarət nümayəndə heyətinin ölkəmizə uğurlu səfəri barədə məlumat vermiş və səfərlə bağlı öz müsbət təəssüratlarını bölüşüb.
Müzakirələr zamanı Ermənistan-Azərbaycan münaqişəsi, regionda geosiyasi vəziyyət, Azərbaycanın digər ölkələrlə əlaqələri və qarşılıqlı maraq kəsb edən bir sıra məsələlərə toxunulub.