İzmitdə Xocalı abidəsi ucaldılır
12 fevral 2015 15:24 (UTC +04:00)

İzmitdə Xocalı abidəsi ucaldılır

 

 

1992-ci il fevralın 26-da Xocalı şəhərində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş soyqırım aktının unudulmaması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində abidə ucaldılacaq. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) ilə  İzmit Bələdiyyəsinin birgə layihəsi olan abidənin artıq inşasına başlanılıb.

İzmit şəhəri, Yenişəhər məhəlləsindəki parkda ucaldılacaq abidə Bələdiyyənin Park və Baxçalar müdirliyi tərəfindən hazırlanan layihə əsasında inşa edilir. Layihəyə görə, abidənin ümumi hündürlüyü 2,5 metr təşkil edir. Abidədə Azərbaycan və Türkiyənin qardaşlığını tərənnüm edən bayraq simvolları, şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlar qoyulacaq. Bundan başqa, soyqırımı əks etdirəm fotolardan istifadə ediləcək, abidənin kənarlarındakı lövhələrdə Xocalıda qətlə yetirilmiş 613 nəfərin adları həkk olunacaq

Parkda hər iki ölkənin bayraqları ilə yanaşı, Azərbaycan milli naxışları, buta və digər simvollar əks olunacaq. Abidənin bu il aprelin 22-də açılışı nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282
avatar

Oxşar yazılar