İranlı nazir Bakıdadır  
10 iyul 2013 00:29 (UTC +04:00)

İranlı nazir Bakıdadır  

0

İran İslam Respublikasının gənclər və idman naziri Məhəmməd Abbasi iyulun 9-da Azərbaycana rəsmi səfərə gəlib.

Lent.az-a Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi mətbuat xidmətindən daxil olan məlumata görə,səfər çərçivəsində İran nümayəndə heyəti, iyulun 10-da saat 10:00-da Fəxri xiyabanda Heydər Əliyevin məzarını, ardınca Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Məhəmməd Abbasinin rəhbərlik etdiyi nümayəndə heyətinin iyulun 10-da, saat 12:30-da gənclər və idman naziri Azad Rəhimovla görüşü zamanı “İran İslam Respublikası Milli Gənclər Təşkilatı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nun müddəalarının həyata keçirilməsi, 2013-2014-cü illər üçün İcraiyyə Planının hazırlanması, Azərbaycanla İran arasında gənclər və idman sahələrindəki indiki vəziyyət və əlaqələrin perspektivləri müzakirə olunacaq.

İran nümayəndə heyəti Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında və Gənclər Təşkilatları Milli Şurasında görüşlər keçirəcək.

Proqrama uyğun olaraq nümayəndə heyəti 2015-ci il Avropa Oyunları Atletlər kəndi ilə tanış olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 605

Oxşar yazılar