İordaniya kraliçası Azərbaycana gəlir
01 aprel 2013 10:28 (UTC +04:00)

İordaniya kraliçası Azərbaycana gəlir

Azərbaycanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri həmsədri olan İordaniya Kraliçası Nur Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi “Cənubi Qafqaz Forumu"nda iştirak etmək üçün Azərbaycana gəlir.


 

 Komitədən APA-ya verilən məlumata görə, səfər zamanı Kraliça Nur “Cənubi Qafqaz Forumu”nda iştirakı ilə yanaşı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Ali toplantısında iştirak edərək illik hesabatı dinləyəcək. 

 

Kraliça Mərkəzin digər üzvləri olan İsmayıl Seragəldin, Federiko Mayor Zaragoza, xanım Prezident Vaira Vike-Freiberga ilə BMT-nın Sivilizasiyalar Alyansının yaradılmasının təşəbbüskarları olaraq onun Ali Qrup üzvləridir. Kraliça Nur Amerikada Şərq və İslam dünyası dəyərlərinin, mədəniyyətinin və Qadınların aktivliyinin təbliğ olunmasında önəmli rola malikdir. O, hazırda Kral Hüseynin adını daşıyan Fonda rəhbərlik edir. Əlahəzrət Kraliça Nur Böyük Britaniyanın sabiq Baş Naziri Ledi Margaret Tetçerlə Mərkəzin fəxri həmsədridir.

 

Cənubi Qafqaz Forumu dünyanın 50-dən çox ölkəsindən təmsil olunacaq 30-dan çox sabiq ölkə və hökumət rəhbərləri, 200-dən çox dünyanın ən nüfuzlu elm adamları, nüfuzlu strateqlərinin iştirak edəcəyi beynəlxalq əhəmiyyətli tədbirdir. Forumun təşkilinə İsgəndəriyyə Kitabxanası, Fundacion de Paz, Roma Klubu, Gəncə Şəhər İcra hakimiyyəti və bir sıra digər nüfuzlu qurumlar dəstək göstərir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1320
avatar

Oxşar yazılar